Azərbaycan tankçıları "Tank biatlonu" müsabiqəsinin yarımfinalına yüksəlib FOTO


Digərləri 09 Avq 2019 21:05:00 219 0

Azərbaycan tankçıları "Tank biatlonu" müsabiqəsinin yarımfinalına yüksəlib  FOTO

"Beynəlxalq Ordu Oyunları - 2019" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsinin yarımfinal mərhələsinə yüksəlmiş 16 komanda arasında püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən, komandaların rəqibləri, çıxış edəcəkləri gün və döyüş texnikasının rəngi müəyyən edilib.

Qırmızı rəngə boyanmış tanklarda çıxış edəcək komandamızın birinci divizionda ikinci qrupdakı rəqibi Çin, Qazaxıstan və Serbiya heyətləri olacaq.


Xəbərə aid fotolar