Ermənistanda hərbi xidmətdən yayınmaq üçün rüşvət halları kəskin artıb


Dünya 09 Avq 2019 20:40:00 239 0

Ermənistanda hərbi xidmətdən yayınmaq üçün rüşvət halları kəskin artıb

Ermənistanda hərbi xidmətdən yayınmaq üçün rüşvət halları kəskin artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatı avqustun 9-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.

Qeyd olunur ki, orduya çağırış üzrə tibbi komissiyanın üzvlərinin və hərbi komissarlıqların zabitlərinin çağırış yaşına çatmış şəxslərdən yüksək məbləğdə rüşvət alaraq sağlamlıq vərəqələrini saxtalaşdırdıqları müəyyən edilib. Onlar bu yolla həmin şəxslərin hərbi xidmətə çağırış müddətini təxirə salıblar.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları çoxlu sayda bu cür faktlar aşkar ediblər və hərbi komissarlıqların bir neçə zabiti həbs olunub. İri məbləğdə rüşvət almaqda təqsirləndirilən zabitlərdən biri hərbi komissarlığın digər iki keçmiş əməkdaşı ilə cinayət əlaqəsinə girərək hərbi komissiyanın üzvlərini də bu əmələ cəlb edib. Cinayətkar dəstə 9 çağırışçı və 4 hərbi mükəlləfiyyətli şəxsin sənədlərini saxtalaşdırıb və onlara hərbi xidmətdən möhlət əldə etməyə kömək ediblər. Həmin şəxslərdən bunun müqabilində 2 mindən 15 min dollaradək rüşvət alınıb.