Bərdədə "Opel"lə "Vaz" toqquşub - 1 ölü


Digərləri 09 Avq 2019 20:21:00 212 0

Bərdədə "Opel"lə "Vaz" toqquşub - 1 ölü

Bərdə şəhəri ərazisində “Opel” və “VAZ-21011” markalı avtomobillər toqquşub.

Bakı. Elçin Mehdiyev - Bərdə şəhəri ərazisində “Opel” və “VAZ-21011” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 8-də saat 12 radələrində Bərdə şəhəri ərazisində E.Rəhimovun idarə etdiyi “Opel” və Ə.Kərimovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Kərimov, sərnişinləri D.Hüseynova və Yunis Həmidov xəstəxanaya yerləşdiriliblər. Y.Həmidov orada ölüb.