Polşa parlamentinin palata sədri istefa verdi Yeni sədr seçildi


Dünya 09 Avq 2019 19:12:00 286 0

Polşa parlamentinin palata sədri istefa verdi  Yeni sədr seçildi

Polşa parlamentinin aşağı palatasının sədri Marek Kuhçinski vəzifəsindən istefa verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb onun hökumətə məxsus təyyarə və helikopterlərdən ailəvi səyahətləri üçün istifadə etməsi olub.

Bu qalmaqal üzə çıxdıqdan sonra o, istefa verib.

Bu gün keçirilən seçkilərdə Polşa Seyminə (parlamentin aşağı palatası) yeni spiker seçilib.