Məşhur akrtisaları zorlayan prodüserin başı yenidən dərddə


Digərləri 09 Avq 2019 19:01:00 297 0

Məşhur akrtisaları zorlayan prodüserin başı yenidən dərddə

70-dən artıq qadını zorlayan və onlara qarşı seksual xarakterli hərəkət edən Hollivudun prodüseri Harvi Vaynşteyn daşınmaz mülklərini satışa çıxarıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street" jurnalı yazıb. 

Mətbu orqanın yazdığına görə, prodüser mülklərini onun çirkin əməlləri barədə mətbuata yazılar getməmişdən 6 ay öncə satışa çıxarıb.

Belə ki, o 2017-ci ilin oktyabr ayından 2018-ci ilin aprel ayınadək  55,9 milyon dollar dəyərində olan 6 mülkünü sata bilib. O daha bir mülkünü  2019-cu ilin aprelində satıb.

"The Wall Street" jurnalı yazır ki, Vaynşteyn son illərdə təkcə daşınmaz mülk satışından 22,8 milyon dollar qazanıb.

Vaynşteynin vəkili deyib ki, onun mülklərini satmasının məqsədi boşanma zamanı onları daha sadə formada aralarında bölünməsinə imkan yaratmaqdır. O, həmçinin həmin vəsaitin bir qismini vəkillərinə gördüyü işə görə ödəyəcək.

(adsgarden = window.adsgarden || []).push({});