Atambayevin qızından VİDEOmüraciət: "Atamı ona görə həbs ediblər ki..."


Dünya 09 Avq 2019 18:58:00 70 0

Atambayevin qızından VİDEOmüraciət: "Atamı ona görə həbs ediblər ki..."

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin qızı Aliyə Şaqiyeva video-müraciət ünvanlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, eks-prezidentin qızı son zamanlar atasının həbsi ətrafında baş verən hadisələrdən danışıb və onları özbaşınalıq adlandırıb. 

"Mən rəssamam. Heç vaxt siyasətlə işim olmayıb. Ancaq hazırkı hakimiyyətin özbaşınalığına, atamın qanunsuz və haqsız həbsinə artıq susa bilməzdim", - deyə Şaqiyeva bildirib.  Onun sözlərinə görə, hazırda ölkədə bütün hüquqi normalar pozulur, müxalif telekanallar bağlanır, KİV vasitəsilə yalan informasiyalar ötürülür: 

"Mən ailəmə, dinc əhaliyə görə narahatam. Kriminal avtoritet Batukayevin Qırğızıstandan çıxarılması kimi absurd fikirlər səsləndirilir. Əslində atamı müxalif fəaliyyətinə görə həbs etmək istəyirlər. Necə ki, onun tərəfdarlarını həbs etdilər. Misal üçün, Kuban Kulpatova və Sapar İsakov şahid ifadələrinin alınması üçün aparıldılar və təhqiqatsız həbs olundular. Atam tələb edirdi ki, istintaqla bağlı Konstitusiya Məhkəməsinin qərarı gözlənilsin. Artıq atam KİV-ə Batukayev haqqında bildiklərinin hamısını danışmışdı, istintaq tam məlumatları təqdim etməyə hazırlaşırdı. Atam deyirdi ki, nə qədər vəziyyət hüquqi müstəviyə keçməyib, Konstitusiya məhkəməsinin qərarı yoxdur, biz özümüzü müdafiə etmək hüququna sahibik. Eks-prezidentin evinə istənilən hücum avtomatik olaraq cinayət əməlidir və qanunsuz xarakter daşıyır". 

Xatırladaq ki, Atambayevin həbsi əməliyyatları zamanı 98 nəfər yaralanıb. Bir nəfər xüsusi təyinatlı isə dünyasını dəyişib. Atambayev korrupsiya və digər cinayətlərdə ittiham olunur. Onun ömürlük həbsi gözlənilir.

(adsgarden = window.adsgarden || []).push({});
Manatın YENİ MƏZƏNNƏSİ like
  • 09 Avq 18:56  
Digərləri Manatın YENİ MƏZƏNNƏSİ

Avqustun 14-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Tovuzda ağır qəza: like
  • 09 Avq 18:53  
Digərləri Tovuzda ağır qəza:

Tovuz şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
"Məni Allah maliyyələşdirir" like
  • 09 Avq 18:50  
Şou-biznes "Məni Allah maliyyələşdirir"

Böyük layihələrim var. Böyük sərmayə tələb etdiyi üçün uzanır. Bun

arrow Ətraflı
Tovuzda ağır qəza: 1 ölü, 3 yaralı like
  • 09 Avq 18:46  
Digərləri Tovuzda ağır qəza: 1 ölü, 3 yaralı

Tovuz şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Bərdədə ağır qəza: like
  • 09 Avq 18:45  
Digərləri Bərdədə ağır qəza:

Avqustun 8-də saat 12 radələrində Bərdə şəhəri ərazisində E.Rəhimovu

arrow Ətraflı
Myanmada torpaq sürüşməsi like
  • 09 Avq 18:42  
Dünya Myanmada torpaq sürüşməsi

Myanmanın cənub-şərqində Mon ştatının Paunq qəsəbəsində torpaq sür

arrow Ətraflı
Qubada 151 kiloqram yararsız ət aşkarlanıb  FOTO like
  • 09 Avq 18:39  
Digərləri Qubada 151 kiloqram yararsız ət aşkarlanıb FOTO

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına c

arrow Ətraflı
Satınalmalarla bağlı qanunvericiliyin pozulmasına görə cərimə müəyyən edilib like
  • 09 Avq 18:37  
Siyasət Satınalmalarla bağlı qanunvericiliyin pozulmasına görə cərimə müəyyən edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində

arrow Ətraflı
Satınalmalarla bağlı qanunvericiliyin pozulmasına görə  cərimə müəyyən edilib like
  • 09 Avq 18:30  
Digərləri Satınalmalarla bağlı qanunvericiliyin pozulmasına görə cərimə müəyyən edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində

arrow Ətraflı
Suriyada türklərə hücum: like
  • 09 Avq 18:23  
Dünya Suriyada türklərə hücum:

Suriyanın şimalındakı Afrin rayonunda Türkiyəyə məxsus hərbi hissəyə

arrow Ətraflı
“Azərkosmos”un peyk təsvirləri: “İsabulağı” ətrafında meşə zolağı qırılıb like
  • 09 Avq 18:22  
Digərləri “Azərkosmos”un peyk təsvirləri: “İsabulağı” ətrafında meşə zolağı qırılıb

Xarici İşlər Nazirliyi və “Azərkosmos” ASC-nin birgə mətbuat açıqla

arrow Ətraflı
Bakıda turistin əl çantası oğurlandı like
  • 09 Avq 18:17  
Kriminal Bakıda turistin əl çantası oğurlandı

Avqustun 5-də əcnəbi vətəndaşa məxsus çantanı oğurlamaqda şübhəli b

arrow Ətraflı