Myanmada torpaq sürüşməsi


Dünya 09 Avq 2019 18:42:38 256 0

Myanmada torpaq sürüşməsi

Myanmanın cənub-şərqində Mon ştatının Paunq qəsəbəsində torpaq sürüşməsi olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, nəticədə 15 nəfər ölüb. Sürüşmə zamanı 10 ev torpaq altında qalıb. 28 nəfərin həyatını xilas etmək mümkün olub.

Axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağı istisna olunmur. 

Qeyd edək son 2 gündə torpaq sürüşməsi səbəbindən 12 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.