Tovuzda ağır qəza: 1 ölü, 3 yaralı


Digərləri 09 Avq 2019 18:46:00 192 0

Tovuzda ağır qəza: 1 ölü, 3 yaralı

Tovuz şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Elçin Mehdiyev - Tovuz şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 8-də saat 23 radələrində Tovuz şəhəri ərazisində Aşağı Quşçu kənd sakini A.Abbasovun idarə etdiyi “VAZ-21011”, Qazqulu kənd sakini Kamran Qasımovun idarə etdiyi “Daewoo” və Abulbəyli kənd sakini Müzəffər Hüseynzadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə M.Hüseynzadə, K.Qasımov və onun sərnişinlərindən Cəlilli kənd sakini Nailə Murtuzəliyeva hadisə yerində ölüb, xəsarət almış digər üç sərnişin xəstəxanaya yerləşdirilib. Tovuz RPŞ tərəfindən araşdırma aparılır.