Sərdar dünən boşandığı arvadını bu gün həkimə gətirdi


Digərləri 09 Avq 2019 17:44:00 291 0

Sərdar dünən boşandığı arvadını bu gün həkimə gətirdi

Türkiyəli müğənni Sərdar Ortaç ötən gün irlandiyalı həyat yoldaşı Xloe Luqnandan boşanmışdı.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu gün keçmiş həyat yoldaşını həkimə gətirib.

"Qadın mənə 8 ilini verib, niyə yanında olmayım? Razılaşıb boşandıq və bir-birimizi sevirik. O, mənim düşmənim deyil. Mənə xanımlıq edib, həkimə gətirməsəm adam olmazdım", - Sərdar jurnalistlərə söyləyib.

Qeyd edək ki, cütlük 2014-cü ildə ailə qurmuşdu.

(adsgarden = window.adsgarden || []).push({});