Evdə qumbara və sursat aşkarlandı


Kriminal 09 Avq 2019 17:28:00 299 0

Evdə qumbara və sursat aşkarlandı

Cəlilabad rayonunun Göytəpə şəhər sakini Y.Məmmədovun evindən silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Y.Məmmədovun yaşadığı Göytəpə şəhərindəki evə baxış zamanı 1 ədəd qumbara, 4 ədəd tapança patronu, 1 ədəd patron darağı və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.