Qubada 151 kiloqram yararsız ət aşkarlanıb (FOTO)


Digərləri 09 Avq 2019 17:00:00 226 0

Qubada 151 kiloqram yararsız ət aşkarlanıb (FOTO)

İstifadəyə yararsız məhsul aşkar edilib.

Bakı. İlhamə İsabalayeva - Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir. Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, növbəti belə tədbirlər avqustun 9-da Daxili İşlər Nazirliyi əməkdaşlarının və Agentliyin nümayəndələrinin iştirakı ilə Quba rayonu ərazisində keçirilib. Rayonun Birinci Nügədi kənd sakini Ə.Ələsgərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 151 kiloqram ət məhsulu aşkar edilərək götürülmüşdür. Ətlərdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin Quba Regional Sınaq laboratoriyasına təhvil verilib.