Məşhur rejissor vəfat etdi FOTO


Dünya 09 Avq 2019 16:50:00 220 0

Məşhur rejissor vəfat etdi  FOTO

Fransız rejissoru Jan-Pyer Moki 91 yaşında vəfat edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumatı "France-Press" agentliyi rejissorun ailəsinin bəyanatına istinadla yayıb.

Məlumatda deyilir ki, Moki avqustun 8-də Parisdəki evində yaxınlarının əhatəsində vəfat edib.

Jan-Pyer Moki karyerasına teatr və kino aktyoru kimi başlayıb. Onu Mikelancelo Antonioninin 1953-cü ildə çəkdiyi "Məğlub edilmişlər" filmindəki rolu məşhurlaşdırıb.


Xəbərə aid foto