TANAP daha bir mükafata layiq görüldü


Digərləri 09 Avq 2019 16:33:00 286 0

TANAP daha bir mükafata layiq görüldü

Trans-Anadolu qaz kəməri (TANAP) ətraf mühitin mühafizəsi sahəsində müxtəlif təşəbbüsləri və nailiyyətləri sayəsində daha bir beynəlxalq mükafata layiq görülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, TANAP Böyük Britaniyanın "The Green Organisation" təşkilatının "The Green World Awards 2019" mükafatını alıb.

Xatırladaq ki, bir müddət əvvəl TANAP ABŞ-ın "The Communitas Award" və Böyük Britaniyanın "CSR Excellence Award" mükafatlarına layiq görülmüşdü.

Cənub Qaz Dəhlizinə "Şahdəniz-2" qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik "Şahdəniz" Azərbaycanın ən iri qaz-kondensat yatağı və Cənub Qaz Dəhlizinin hasilat mənbəyidir. Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 km-dir. Gürcüstan sərhədindəki Türkgözü kəndində TANAP-a birləşən boru xəttinin 443 km-i Azərbaycandan, 248 km-i Gürcüstandan keçir. Layihə çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü ildə 7 milyard kubmetrdən 23 milyard kubmetrə qaldırılıb.