8 otaqlı ev yandı


Digərləri 09 Avq 2019 16:39:00 227 0

8 otaqlı ev yandı

İmişlidə ev yanıb.

Son.az-a FHN-dən verilən məlumata görə, rayonda ümumi sahəsi 220 m² olan birmərtəbəli, kürsülü, 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 166 m² sahədə yanıb.

Məlumata görə, evin qalan hissəsi və ev əşyaları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.