Bakıda xadiməyə təcavüz etdilər,


Kriminal 09 Avq 2019 15:55:00 255 0

Bakıda xadiməyə təcavüz etdilər,

Bakıda bir kişi kafedə xadiməyə təcavüz etməyə cəhd göstərib.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a Xətai rayonu hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Hadisə avqustun 7-si saat 02:00-da İsmayılov küçəsində kafenin yanında baş verib. 

40 yaşlı xadimə çalışdığı yerdən çıxıb evinə doğru getdiyi zaman hücuma məruz qalıb. Cinayətkar qadına təcavüz etmək istəyib, lakin qadın müqavimət göstərərək qaçmağı bacarıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 35-ci Polis bölməsinin əməkdaşları şübhəli şəxsi saxlayıblar. Bu, Knyaz Tarverdiyevdir. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.