Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək


Digərləri 09 Avq 2019 15:48:00 217 0

Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək

Avqustun 14-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Bakı. Avqustun 14-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. Trend-in məlumatına görə, saat 11:00-11:15 aralığında təşkil ediləcək hərrac "Blumberq" ticarət sistemi platformasında həyata keçiriləcək. Hibrid formalı hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır. Hərracda məbləğ 100 000 000 (yüz milyon) manat, müddət 12 gün, faiz dərəcəsi isə 6,26% - 8,24%-dir.