Avtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib FOTO


Digərləri 09 Avq 2019 15:22:00 289 0

Avtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib  FOTO

Qurban bayramı ilə əlaqədar sərnişin axınının çox olmasını nəzərə alaraq, xəttə digər avtobuslarla yanaşı, iritutumlu "Neoplan"lar da cəlb olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib.

P.Məmmədova bildirib ki, bu, öz növbəsində, sərnişinlərin komfortlu və rahat gedişini təmin etməyə yardımçı olacaq:

"Sərnişinlərdən xahiş edirik ki, səfər etmək istədikləri istiqamətlərə bilet almaq üçün yola düşməyi planlaşdırdıqları saatda deyil, daha öncədən gəlib biletləri əldə etsinlər".


Xəbərə aid fotolar