Cəlilabadda evdə qumbara və sursat aşkarlandı


Digərləri 09 Avq 2019 15:29:33 270 0

Cəlilabadda evdə qumbara və sursat aşkarlandı

Cəlilabad rayonunun Göytəpə şəhər sakini Y.Məmmədovun evindən silah-sursat aşkar edilərək götürülüb.

Bakı. Cəlilabad rayonunun Göytəpə şəhər sakini Y.Məmmədovun evindən silah-sursat aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Y.Məmmədovun yaşadığı Göytəpə şəhərindəki evə baxış zamanı 1 ədəd qumbara, 4 ədəd tapança patronu, 1 ədəd patron darağı və 1 ədəd bıçaq aşkar edilərək götürülüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin