Əməkdar artistin başqa övladı ORTAYA ÇIXDI


Şou-biznes 09 Avq 2019 14:32:00 252 0

Əməkdar artistin başqa övladı ORTAYA ÇIXDI

Əməkdar artist Mehriban Xanlarovanın bu paylaşımı təqibçilərinin fikirlərini qarışdıracaq kimi görünür.

Son.az xəbər verir ki, aktrisa Səidə adlı qızla çəkdirdiyi fotosunu paylaşaraq onu ikinci dəfə ali məktəbə qəbul olmaq münasibəti ilə təbrik edib.

Səidə Xanlarova

Bu paylaşıma Mehriban Xanlarova "Can parçam, gözəl qəlbli qızım, səni ikinci dəfə ali məktəbə qəbul olmağın münasibətilə ürəkdən təbrik edirəm. Allahdan sənə və sənin timsalında bütün tələblərə uğurlar arzulayıram" yazıb. Səidə əməkdar artistin təbrikinə "Allah səni başımın üstündən əskik etməsin, ana. Həyatda ən dəyərli varlığımsan" ifadələri ilə reaksiya verib.

Qeyd edək ki, aktrisanın ailə həyatı uzun çəkməyib. Bu nikahdan övladının olması barədə mediada məlumat olmayıb. O, ayrılığa səbəb kimi ardıcıl olaraq 1993-cü ildə bacısını, 2002-ci ildə qardaşını və 2006-cı ildə atasını itirməsini göstərib.


Xəbərə aid fotolar