Türkiyədə zəlzələ 400ə yaxın evə ziyan vurub


Dünya 09 Avq 2019 14:10:00 255 0

Türkiyədə zəlzələ 400ə yaxın evə ziyan vurub

Türkiyənin Denizli vilayətində baş vermiş zəlzələ nəticəsində 400-ə yaxın evə ziyan dəyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində, həmçinin 78 nəfər xəsarət alıb.

Bundan başqa, zəlzələ Denizli hava limanına da ziyan vurub.

Qeyd edək ki, ötən gün Denizli vilayətinin Bozkurt rayonunda Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ baş verib.