Həbsdəki oğlunu ziyarətə gedən ata bu hərəkətinə görə tutuldu FOTO


Digərləri 09 Avq 2019 14:16:00 210 0

Həbsdəki oğlunu ziyarətə gedən ata bu hərəkətinə görə tutuldu  FOTO

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Son.az xəbər verir ki, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinə əsasən, təqsirli bilinərək həbs edilən Quliyev Pərviz Hümbət oğlu ilə qısamüddətli görüşə gələn atası Bakı şəhər sakini Quliyev Hümbət Həbib oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman iki ədəd alışqanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0.903 qram olan narkotik maddə - heroin aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.