Eksarvadı Rəvanın sevgilisini polisə verdi


Şou-biznes 09 Avq 2019 13:43:00 240 0

Eksarvadı Rəvanın sevgilisini polisə verdi

Rəvanla beş il evli olmuşuq. Ondan boşananda heç bir şey tələb etməmişəm. Dövlət qızım Xalidəyə görə 200 manat aliment kəsib. Ona sual verirəm ki, gündə restoranda 200 manat hesab ödəyirsən, qızına isə aylıq 200 manat göndərirsən. Bu pulla uşağı geyindirim, bağçasının pulunu ödəyim, ya yeməyini təmin edim?

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Rəvan Qarayevin sabiq həyat yoldaşı Günay "Hər şey daxil" verilişinə açıqlamasında deyib.

O, müğənninin alimenti güclə ödədiyini bildirib:

"Efirdə qızımla hər gün danışıram, onu gəzdirirəm deməsi absurddur. Axırıncı dəfə qızını nə vaxt görüb? Xalidəni telefonda bloka atıb, onunla danışmır, bir dəfə də olsun bağçasına gəlməyib. Hətta ad gününə də gəlmədi. Rəvanla heç bir problemim yoxdur. Yalan danışmasın, bizi gülünc yerlərinə qoymasınlar. Deyir ki, qızıma yaxşı baxıram, bəli, baxmalısan. Mən bunları səndən tələb etməmişəm. Alimenti ödəməsi üçün dəfələrlə zəng vururam, xalası oğluna yığıram. Ondan sonra ödəyir. Buna görə yoruluram. Həyatımı məhv etdi. Başqa yerdə yaxşı ailə qura bilərdim. Əvvəl baxırdı, indi etmir".

Günay Elşadı və sevgilisini polisə verdiyini də söyləyib:

"Hazırda qeyri-rəsmi yaşadığı bir insan var. Qızım onlara görə psixoloji problemlər yaşayır. Rəvan gəlir uşağı aparır. Xalidə orada qalanda iki gün ərzində həmin qız telefonu söndürür, ona zəng çatmır. Həmin qadın uşağı mənimlə danışmağa qoymur. Uşaq gəlir deyir ki, məni otaqdan qovdu və dedi ki, atanla otağıma girmə. Xalidə evdə ağlayır, əsir, beyni pozulub. Rəvanın şəxsi həyatına qarışmıram. Kiminlə istəyir yaşaya bilər. Qız mənə mesajlar yazır ki, Rəvana yığmayın. Onlar haqda polis idarəsinə şikayət etmişəm. İzahatlarını alıblar. Uşağım travma alıb, onun qarşısında qeyri-etik hərəkətlər ediblər".