Killer məşhur müğənnini öldürdüyünü


Digərləri 09 Avq 2019 13:32:00 226 0

Killer məşhur müğənnini öldürdüyünü

Ömürlük cəza alan "Tver canavarları" dəstəsinin qatili olan Aleksandr Aqeyev avqustun 6-da müğənni Mixail Kruqun evində baş verən istintaq eksperimentində iştirak edərək sənətçini öldürdüyünü etiraf edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, istintaq araşdırması zamanı məlum olub ki, Aqeyevin bu işdə əlinin olmasını dəstənin digər killeri Aleksandr Osipov açıqlayıb. Aqeyev ifadəsində qətli törətdiyini etiraf edib.

Qeyd edək ki, şanson mahnıların ifaçısı kimi tanınan Mixail Kruq 1 İyul 2002-ci il tarixində, Tverdəki evində öldürülüb. Sənətçi bir neçə güllə yarası alıb, ancaq özünü qonşusunun evinə çatdıra bilib. Qonşusu onu xəstəxanaya aparsa da, həyatını xilas etmək  mümkün olmayıb. 


Xəbərə aid foto