Qurban bayramında fəaliyyət göstərəcək kəsim məntəqələrinə infotur olub FOTO


Digərləri 09 Avq 2019 13:37:00 246 0

Qurban bayramında fəaliyyət göstərəcək kəsim məntəqələrinə infotur olub  FOTO

Bu gün Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadır tipli kəsim məntəqələrinə infotur təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, infotur çərçivəsində Sabunçu rayonu ərazisində fəaliyyət göstərən stasionar kəsim məntəqəsi və Xətai rayon ərazisində qurulan çadır tipli kəsim məntəqəsi ilə yaxından tanış olmaq imkanı yaradılıb.

AQTA-nın Heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə bildirib ki, Qurban bayramı günlərində heyvan kəsiminin qida təhlükəsizliyinin tələblərinə uyğun formada həyata keçirilməsi üçün çox ciddi hazırlıqlar gedir: "Biz daimi fəaliyyət göstərən kəsim müəssisəsinə və müvəqqəti olaraq hazırlanmış çadırtipli ət kəsimi məntəqələrinə baxış keçirdik. Qurban bayramı günlərində kəsilən heyvan ətlərində qida təhlükəsizliyinin tələblərinin qorunmasını təmin etmək üçün respublikada 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadırtipli kəsim yeri lazımi avadanlıqlarla təmin edilərək vətəndaşların ixtiyarına verilib.

Bura gətirilən heyvanlar həkim müayinəsindən keçir və baytarlıq şəhadətnamələri ilə təmin olunur. Heyvan sağlamlığı tam sübuta yetirildikdən sonra onun kəsiminə icazə verilir. Daha sonra kəsilmiş ət də baytar-sanitar ekspertizasından keçirilir. Yekunda isə ət müştərilərin istifadəsinə verilir".

30 saylı Qida Təhlükəsizliyinə Nəzarət məntəqəsinin baytar həkimi Mədət Qocayev bildirib ki, kəsimdən əvvəl yoxlanılan heyvanda kəsimdən sonra xəstəlik aşkarlanarsa, həmin ət utilizasiya edilir: