“Daewoo” uçub ana və qızı öldürdü VİDEO


Dünya 09 Avq 2019 13:04:00 237 0

“Daewoo” uçub ana və qızı öldürdü  VİDEO

Dəhşətli görüntülər Türkiyənin Balıqəsir vilayətində qeydə alınıb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Edremit-Çanaqqala avtomobili yolunun 4-cü kilometrliyinin Kadıköy məhəlləsindən keçən hissəsində baş verib.

Məlumata görə, İbrahim Bozqurdun (63) idarəetməsində olan 34 ZZ 0815 qeydiyyat nömrə nişanlı "Daewoo Damas" markalı avtomobilin idarəetməsini itirərək yol kənarında dayanan Naimə Qıldırı və qızı Seda Qıldırı vurub.

Nəticədə ana və qızı aldığı xəsarətlərdən həyatlarını itiriblər. "Daewoo"nun sürücüsü və iki sərnişini isə yaralanaraq, təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Sürücünün vəziyyətinin ağır olduğu bildirilib.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.