Qurban ətləri pulsuz müayinə olunacaq FOTO


Digərləri 09 Avq 2019 13:10:00 224 0

Qurban ətləri pulsuz müayinə olunacaq  FOTO

Qurban bayramı ərəfəsində AQTA laboratoriyaları pulsuz xidmət göstərəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu AQTA-nın Heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri - Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.

Q.Əbdüləliyevin sözlərinə görə, heyvanların laborator müayinəsi üçün nəzərdə tutulan dövlət rüsumu bayram günlərində tətbiq edilməyəcək: "Daimi kəsim məntəqələri və çadrtipli kəsim məntəqələrində bayram ərəfəsində heyvanların baytarlıq sanitariya ekspertizasının aparılması və həkim müayinələri tamamilə pulsuz aparılacaq. Normal günlərdə isə AQTA-nın laboratoriyalarında müayinə üçün iribuynuzlu heyvanlarda 5 manat, xırdabuynuzlu heyvanlarda isə 4 manat dövlət rüsumu ödənilir".


Xəbərə aid fotolar