Avqustda sentyabr havasının müşahidə edilməsi Atlantik okeanı siklonlarının ölkəyə daxil olması ilə əlaqəli imiş (ÖZƏL)


Digərləri 09 Avq 2019 13:07:06 222 0

Avqustda sentyabr havasının müşahidə edilməsi Atlantik okeanı siklonlarının ölkəyə daxil olması ilə əlaqəli imiş (ÖZƏL)

Bu gün də daxil olmaqla, son 3 gün ərzində Bakıda və Abşeron yarımadasında sentyabrın birinci ongünlüyü üçün səciyyəvi olan hava şəraiti müşahidə edilib.

Bakı. İlhamə İsabalayeva - Bu gün də daxil olmaqla, son 3 gün ərzində Bakıda və Abşeron yarımadasında sentyabrın birinci ongünlüyü üçün səciyyəvi olan hava şəraiti müşahidə edilib. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, Atlantik okeanı siklonlarının Qərbi və Şərqi Avropa üzərindən hərəkət edərək ölkəmizə daxil olması nəticəsində havanın temperaturu enib, küləkli və yağışlı hava şəraiti müşahidə edilib. Mövcud hava şəraitinin avqust ayı üçün səciyyəvi olmadığını deyən M.Həsənov əlavə edib ki, son 3 gün ərzində Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 28-29 dərəcə isti müşahidə edilir.