Qurban bayramında fəaliyyət göstərəcək heyvan kəsimi məntəqələrində son hazırlıq işləri görülür


Digərləri 09 Avq 2019 12:55:38 65 0

Qurban bayramında fəaliyyət göstərəcək heyvan kəsimi məntəqələrində son hazırlıq işləri görülür

Adi günlərlə müqayisədə daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyi Qurban bayramında qurbanlıq heyvanın kəsiminin qaydalara uyğun, sanitar-gigiyena tələbləri çərçivəsində həyata keçirilməsinə xüsusi diqqət yetirilməlidir.

Bakı. Adi günlərlə müqayisədə daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyi Qurban bayramında qurbanlıq heyvanın kəsiminin qaydalara uyğun, sanitar-gigiyena tələbləri çərçivəsində həyata keçirilməsinə xüsusi diqqət yetirilməlidir. Kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi Aysel Fərziyeva deyib. Onun sözlərinə görə, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarları, məhəllələr, parklar və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınması yolverilməzdir: "Bütün bunları nəzərə alaraq Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti qurumlar tərəfindən bayram günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçiriləcək. Bu məqsədlə bayram günlərində vətəndaşların ixtiyarına veriləcək 44 stasionar və 30 çadır tipli heyvan kəsimi məntəqələrində son hazırlıq işləri görülür". Paytaxtda və Respublikanın müxtəlif bölgələrində qurulması nəzərdə tutulan çadırtipli kəsim məntəqələri 3 hissədən ibarət olacaq. Birinci hissədə heyvanın kəsimi, ikinci hissədə soyulması, üçüncü hissədə isə doğranması prosesi tamamilə sanitariya-gigiyena tələblərinə uyğun həyata keçiriləcək. Çadırtipli kəsim məntəqələri dezinfeksiya oluna bilən, tozun qarşısını alan xüsusi materialdan hazırlanıb. Məntəqənin daxili döşəməsi də xüsusi materiallardan hazırlanıb və drenaj sistemi ilə təmin edilib ki, bu da kəsim zamanı heyvanın qanı və digər axıntıların kanalizasiya vasitəsilə kənarlaşdırılmasına, nəticədə ətraf ərazilərin çirklənməsinin qarşısının alınmasına imkan verəcək. Çadırtipli kəsim məntəqələri heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün paslanmayan metallardan hazırlanan, gigiyenik tələblərə uyğun lazımı avadanlıqlarla təchiz edilib.
Müğənni əxlaqsız hərəkətinə görə həbs edildi like
  • 09 Avq 12:53  
Digərləri Müğənni əxlaqsız hərəkətinə görə həbs edildi

İngiltərəli müğənni Denni Tetl həbs olunub.

arrow Ətraflı
İlk gündən bazara səs salan “Full Energy” simasını təqdim etdi like
  • 09 Avq 12:48  
Digərləri İlk gündən bazara səs salan “Full Energy” simasını təqdim etdi

“Full dəqiqəsi” ilə hər kəsin diqqətini üzərinə çəkən “Full E

arrow Ətraflı
Model hovuza ÇILPAQ HALDA girdi like
  • 09 Avq 12:48  
Digərləri Model hovuza ÇILPAQ HALDA girdi

Cəsur paylaşımlarıyla adından söz etdirən 54 yaşlı ingiltərəli model

arrow Ətraflı
Manchester City-də yeni qapıçısını təqdim etdi like
  • 09 Avq 12:44  
İdman Manchester City-də yeni qapıçısını təqdim etdi

Manchester City heyətini yeni futbolçu ilə güclə

arrow Ətraflı
Türkiyədə zəlzələ 400-ə yaxın evə ziyan vurub like
  • 09 Avq 12:42  
Digərləri Türkiyədə zəlzələ 400-ə yaxın evə ziyan vurub

Türkiyənin Denizli vilayətində baş vermiş zəlzələ nəticəsində 400-ə

arrow Ətraflı
Aeroport yolunda qəza: ana və 6 aylıq qızı qəzada yaralandılar like
  • 09 Avq 12:42  
Digərləri Aeroport yolunda qəza: ana və 6 aylıq qızı qəzada yaralandılar

Aeroport yolunda - "Sabunçu" keçidinin yanında baş verən avtomobi

arrow Ətraflı
“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu  FOTO like
  • 09 Avq 12:37  
Digərləri “Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu FOTO

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi Gəncə

arrow Ətraflı
Kəsim məntəqələrində dezinfeksiya işləri pulsuz aparılacaq like
  • 09 Avq 12:33  
Digərləri Kəsim məntəqələrində dezinfeksiya işləri pulsuz aparılacaq

Qurban Bayramı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kə

arrow Ətraflı
Boşanma xəbəri yayılan "Fəlakət"dən yeni like
  • 09 Avq 12:31  
Şou-biznes Boşanma xəbəri yayılan "Fəlakət"dən yeni

Son günlər boşanma xəbəriylə gündəmə gələn aktyor Elşən Orucov sosi

arrow Ətraflı
Arvadını baltalayan kişi danışdı: "Qısqandığım üçün..." like
  • 09 Avq 12:26  
Kriminal Arvadını baltalayan kişi danışdı: "Qısqandığım üçün..."

Bərdə rayonunda həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirlənd

arrow Ətraflı
Ana və 6 aylıq qızı qəzada yaralandı like
  • 09 Avq 12:25  
Digərləri Ana və 6 aylıq qızı qəzada yaralandı

Aeroport yolunda - "Sabunçu" keçidinin yanında baş verən avtomobil qəzası

arrow Ətraflı
SON DƏQİQƏ: Xəzərə düşən MİQ29 təyyarəsi tapıldı like
  • 09 Avq 12:23  
Digərləri SON DƏQİQƏ: Xəzərə düşən MİQ29 təyyarəsi tapıldı

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvv

arrow Ətraflı
Bakıda "Range Rover" qəza törətdi: like
  • 09 Avq 12:20  
Digərləri Bakıda "Range Rover" qəza törətdi:

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəs

arrow Ətraflı
“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu (FOTO) like
  • 09 Avq 12:20  
Digərləri “Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu (FOTO)

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Gəncə şəh

arrow Ətraflı
Lukaku nömrə seçimini etdi like
  • 09 Avq 12:20  
İdman Lukaku nömrə seçimini etdi

İnter-in yeni transferi Romelu Lukaku geyinəcəyi forma n&oum

arrow Ətraflı