Türkiyədə zəlzələ 400-ə yaxın evə ziyan vurub


Digərləri 09 Avq 2019 12:42:54 196 0

Türkiyədə zəlzələ 400-ə yaxın evə ziyan vurub

Türkiyənin Denizli vilayətində baş vermiş zəlzələ nəticəsində 400-ə yaxın evə ziyan dəyib

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin Denizli vilayətində baş vermiş zəlzələ nəticəsində 400-ə yaxın evə ziyan dəyib. Trend-in məlumatına görə, yeraltı təkanlar nəticəsində, həmçinin 78 nəfər xəsarət alıb. Bundan başqa, zəlzələ Denizli hava limanına da ziyan vurub. Qeyd edək ki, ötən gün Denizli vilayətinin Bozkurt rayonunda Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ baş verib.