Kəsim məntəqələrində dezinfeksiya işləri pulsuz aparılacaq


Digərləri 09 Avq 2019 12:33:00 201 0

Kəsim məntəqələrində dezinfeksiya işləri pulsuz aparılacaq

Qurban Bayramı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kəsim məntəqələrində dezinfeksiya işləri pulsuz aparılacaq.

Bakı. Elçin Mehdiyev - Qurban bayramı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kəsim məntəqələrində dezinfeksiya işləri pulsuz aparılacaq. Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı Şəhər Baytarlıq İdarəsinin şöbə müdiri Rafiq Allahverdiyev deyib. O qeyd edib ki, dövlət qurumları tərəfindən adətən Qurban bayramı ərəfəsində yaradılan məntəqələrdə təmizlik və dezinfeksiya işləri aparılır: “Bu xidmətlər istər bayram günlərində, istərsə də digər günlərdə ödənişsizdir. Məqsədimiz hər hansı infeksion xəstəliklərin keçiciliyinin qarşısını almaqdır. Bayram günlərindən sonra çadırtipli kəsim məntəqələri yığışdırılanda yenidən təmizlik işləri aparılacaq”.