“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu (FOTO)


Digərləri 09 Avq 2019 12:20:00 227 0

“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu (FOTO)

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Gəncə şəhərindən olan gənc ixtiraçılara dəstək olub.

Bakı. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Gəncə şəhərindən olan gənc ixtiraçılara dəstək olub. “Regional İnkişaf” İctimai Birliyindən Trend-ə verilən məlumata görə, belə ki, IX sinif şagirdləri Rəsul Əliyev və Hüseyn Əliyev “LEGO technic” vasitəsilə yaratdıqları “RoboAqrar” robotunu ABŞ-ın Nyu York ştatının Osveqo şəhərində keçirilən IX “Dahilərin olimpiadası”nda ("Genius olympiad") nümayiş etdirib. Azərbaycandan olan gənclərin ixtiraları olimpiadanın “Biznes” kateqoriyasında fərqlənmə diplomuna layiq görülüb. Fermerlər üçün nəzərdə tutulan bu robot kənd təsərrüfatında geniş istifadə potensialına malikdir.