İshal yaranma səbəbləri və müalicə yolları


Digərləri 09 Avq 2019 11:25:00 264 0

İshal  yaranma səbəbləri və müalicə yolları

Açar sözlər: ishal, ishalın səbələri, ishalın müalicəsi.

İshal (diareya) - bağırsağın ən çox yayılmış problemlərindən biridir. 1 yaşdan böyük uşaqlarda və böyüklərdə gün ərzində 3 dəfədən çox sulu və tezləşmiş nəcis ifrazı ishal hesab edilir.

İshalın əsas səbəbləri:

-qida zəhərlənmələri;

-virus və bakterial infeksiyalar (rotavirus, adenovirus, stafilokokk, salmonella, bağırsaq çöpü və s.);

-həzm  sistemi orqanlarının xəstəlikləri (qastrit, pankreatit, kolit, enterit və s.);

-hormonal pozulmalar, bəzi dərman preparatlarının (o cümlədən antibiotiklərin) qəbulu;

-stress, qorxu, həyəcan;

-səyahət (mədə-bağırsaq sistemi onun üçün qeyri-adi olan qidalara ishal ilə cavab verə bilər).

İshal xüsusən,  yay aylarında insanların  ən çox üzləşdiyi problemlərdən biridir. Bu zaman yaranan ishalın səbəbləri isti hava, meyvə və tərəvəzlərin bol olması, bakteriya və parazitlərlə çirklənmiş qida məhsullarının və ya içkilərin qəbulu və digərləridir.


Xəbərə aid fotolar