Dövlət orqanlarında əməyin ödənilməsi dərəcələri üzrə MAAŞLAR ARTIRILDI


Digərləri 09 Avq 2019 11:10:57 324 0

Dövlət orqanlarında əməyin ödənilməsi dərəcələri üzrə MAAŞLAR ARTIRILDI

Dövlət orqanlarında çalışan işçilər üçün əməyin ödənilməsi dərəcələri üzrə maaşlar artırılıb.

Bakı. İlhamə İsabalayeva – Dövlət orqanlarında çalışan işçilər üçün əməyin ödənilməsi dərəcələri üzrə maaşlar artırılıb. Trend-in məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti tərəfindən “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” qərara dəyişiklik edilib. Qərarla “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli” yeni redaksiyada verilib. Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.