“Türk Hava Yolları” yeni uniformasını tədqim edir (FOTO)


Digərləri 09 Avq 2019 11:19:32 241 0

“Türk Hava Yolları” yeni uniformasını tədqim edir (FOTO)

Dünyanın ən çox nöqtəsinə uçan “Türk Hava Yolları” yaranmasının 85-ci ili münasibətilə yeni uniformalarını təqdim edir.

Bakı. Dünyanın ən çox nöqtəsinə uçan “Türk Hava Yolları” yaranmasının 85-ci ili münasibətilə yeni uniformalarını təqdim edir. Müxtəlif iqlimlərdə uzaq məsafəli uçuşlarda ciddi sınaqlardan keçmiş qırmızı və boz rəngli yeni geyimlər sərnişinlərə rahat xidmət göstərmələri üçün 25 min kabinə heyətinə uyğunlaşdırılıb. Yeni zərif uniformanı ekipaj üzvləri, kabinə heyəti və yerdəki heyət geyinəcək. Yeni uniformanın dizaynı türk mədəniyyətindən ilhamlanıb. Pilot kabinəsi və şəxsi heyətin geyimi eyni dizaynla hazırlanaraq, sərnişinlərə vahid marka təcrübəsini yaşadacaq. “Türk Hava Yolları”nın standartlarına uyğun olaraq hazırlanmış yeni uniformanın dizaynı italyan dizayner Ettore Bilottaya, tikiliş “Vakko”ya, təqdim olunmuş parçalar isə “Altınyıldız”a məxsusdur.