UNEC beynəlxalq reytinqdə daha bir uğura imza atdı


Digərləri 09 Avq 2019 10:54:14 203 0

UNEC beynəlxalq reytinqdə daha bir uğura imza atdı

UniRank reytinq agentliyinin avqust ayında açıqladığı reytinq sıralamasında UNEC Azərbaycanda lider olub.

Bakı. UniRank reytinq agentliyinin avqust ayında açıqladığı reytinq sıralamasında UNEC Azərbaycanda lider olub. Həmçinin reytinq agentliyi tərəfindən hazırlanan “Asiyanın 200 ən yaxşı universiteti” sıralamasında UNEC 192-ci yerdə qərarlaşıb. UniRank reytinq agentliyinin dünya sıralamasında 788-ci yerdə qərarlaşan UNEC mövqeyinə görə Türkiyənin Atatürk Universiteti, Çinin University of Shanghai for Science and Technology, Koreyanın Chung-Ang University və bir çox Asiya və Avropa universitetlərini qabaqlayıb. UniRank haqqında: Reytinq dünya üzrə 13600 universitet və kolleci əhatə edir.