Çilidə oyun zalında atışma oldu:


Dünya 09 Avq 2019 10:17:00 225 0

Çilidə oyun zalında atışma oldu:

Çilinin paytaxtı Santyaqo yaxınlığında atışma olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, insident oyun zalında baş verib. Məlumata görə, naməlum şəxs zala daxil olaraq oradakılara atəş açıb. Həmin şəxsin azı 42 atış etdiyi qeyd edilir.

Bildirilir ki, 5 nəfər odlu silahdan açılan atəş nəticəsində həlak olub.

Atəş açan şəxsin tapılması üçün polislər səfərbər edilib.