"Yaraşığımı dükandan almamışam ki..."


Kriminal 09 Avq 2019 09:32:00 224 0

"Yaraşığımı dükandan almamışam ki..."

"Səhərdən rəsmi şəxslərdən, dostlardan, həmkarlardan təbriklər alıram. Hamıya təşəkkürümü bildirirəm".

Son.az ölkə.az-a istinadən bildirir ki, bu fikirləri "ölkə.az"-a açıqlamasında dünən 71 yaşını qeyd edən xalq artisti, məşhur kinoaktyor Rasim Balayev səsləndirib. Sənətkar "yaraşıqlı insanlar yaşlandıqca görünüşlərini itirməkdən qorxurlar, sizin belə qorxunuz varmı" sualını zarafatla cavablayıb:

"Yaraşığımı dükandan almamışam ki. Allah verib, indi də yavaş-yavaş geri alır. Bircə arzum odur ki,ölən günə qədər heç kimə, hətta öz doğmalarıma da möhtac olmayım".

Qeyd edək ki, R.Balayev 1948-ci ilin 8 avqust tarixində Ağsu rayonunda anadan olub. 1976-cı ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.  1998-ci ildə "Şöhrət", 2018-ci ildə "Şərəf" ordenləri ilə təltif edilib.