"Bir ildir ki, hər gün ölüm haqqında düşünürəm"


Şou-biznes 09 Avq 2019 09:38:00 246 0

"Bir ildir ki, hər gün ölüm haqqında düşünürəm"

Dünən Azərbaycanın əfsanəvi müğənnisi Akif İslamzadənin doğum günü idi.

Son.az bildirir ki, sənətkar doğum günündə ölkə.az-ın bir neçə sualını cavablandırıb. 

- Akif bəy, 71 yaşın əhval-ruhiyyəsi necədir?

-Yetmiş yaşa qədər ölüm haqqında demək olar ki, düşünmürsən. Bəlkə, yaşdan-yaşa, yaxud hansısa hadisə baş verəndə ölüm yadına düşür. Amma yetmişdən sonra elə gün yoxdur ki, ölüm haqqında düşünməyəsən.  Bu ona görədir ki, insan haqdan gələndən qorxmamalıdır. 

- Belə anladım ki, son bir ildə bu haqda hər gün düşünürsüz...

- Əlbəttə, hər gün ölüm haqqında düşünürəm. Bu, düşünən beyinə aiddir. Düşünməyən beyin ölüm haqqında düşünəndə başı ağrıyır. Elə insan yüz yaşında da beş yaşında uşaq kimi şeydir. Nəysə...

- İlk təbriki kimdən aldınız?

- İlk təbriki ailəmdən, övladımdan aldım.

- Elə bir insan varmı ki, ondan təbrik umursunuz?