"Taxttac oyunları"nın yaradıcıları HBOnu tərk ediblər


Digərləri 09 Avq 2019 08:52:00 239 0

"Taxttac oyunları"nın yaradıcıları HBOnu tərk ediblər

"Taxt-tac oyunları" teleserialının yaradıcıları Devid Benioff və Deniel Brett Uays HBO telekanalını tərk etmək və "Netflix" şirkəti ilə müqavilə imzalamaq barədə qərar qəbul ediblər. Son.az AZƏRTAC-a istinadən bildirir ki, müqavilənin məbləği 200 milyon dollardır.

Məlumatda deyilir ki, onlar "Netflix" üçün yeni telelayihələr üzərində çalışacaqlar. Söhbətin məhz hansı layihələrdən getdiyi açıqlanmır.

Benioff və Uays çoxillik əməkdaşlığa görə HBO-ya təşəkkür ediblər.