Bakıda kafe yanıb


Digərləri 09 Avq 2019 08:48:00 193 0

Bakıda kafe yanıb

Bakıda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda altımərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 300 m² olan kafenin lambirindən ibarət tavanı 10 m² sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.