Xəzər dənizində zəlzələ baş verib


Digərləri 09 Avq 2019 08:40:00 167 0

Xəzər dənizində zəlzələ baş verib

Avqustun 9-da Xəzər dənizində maqnitudası 3,1 olan zəlzələ baş verib

Bakı. Avqustun 9-da Xəzər dənizində maqnitudası 3,1 olan zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 06:57-də qeydə alınıb. Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.