Tayvan sahilləri yaxınlığında güclü zəlzələ olub


Dünya 09 Avq 2019 08:24:00 192 0

Tayvan sahilləri yaxınlığında güclü zəlzələ olub

Tayvanda 5,1 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, "UTC" vaxtı ilə saat 21:28-də qeydə alınan yeraltı təkanların episentri Taybey şəhərindən 335 kilometr cənub-qərbdə, ocağı isə 118 kilometr dərinlikdə yerləşib.

Zərərçəkənlər və ya dağıntılar barədə məlumat hələ verilməyib.