Cinini çıxardırdılar, döyüb öldürdülər Azərbaycanda QEYRİADİ CİNAYƏT MƏHKƏMƏ


Kriminal 09 Avq 2019 08:10:00 202 0

Cinini çıxardırdılar, döyüb öldürdülər  Azərbaycanda QEYRİADİ CİNAYƏT  MƏHKƏMƏ

Сin çıxarmaq adı ilə vətəndaşın ölümünə səbəb 6 nəfərlik dəstənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası avqust ayının 14-nə təyin olunub. 

Xatırladaq ki, kifayət qədər səs-küy səbəb olan hadisə ötən il noyabr ayının 10-da Şabran şəhərində baş verib.

Belə ki, 25 yaşlı Murad Soltanovun Şabran şəhərində kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib.