Almazbek Atambayevdən XƏBƏR VAR


Dünya 09 Avq 2019 08:15:00 166 0

Almazbek Atambayevdən XƏBƏR VAR

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev Dövlət Milli Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasına yerləşdirlib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə A.Atambayevin vəkili Serqey Slesarev məlumat verib.

Onun sözlərinə görə, bunun bağlı məhkəmə qərar qəbul edib.

Qeyd edək ki, 2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir.