Husilər növbəti dəfə Səudiyyə Ərəbistanının hava limanına hücum edib


Dünya 09 Avq 2019 08:17:00 251 0

Husilər növbəti dəfə Səudiyyə Ərəbistanının hava limanına hücum edib

Yəmənin "Ənsar Allah" hərəkatının üsyançıları (husilər) Abha şəhərində yerləşən beynəlxalq hava limanına hücum edib.

Son.az Trend-ə istinadən bildirir ki, həmin hücum iki pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.

Bildirilir ki, üsyançılar, Yəməndən Səudiyyə Ərəbistanının cənub-qərbində olan Abha hava limanını atəşə tutub.