Dubay polisi "ağıllı" mobil əlavəni SOS düyməsi ilə təchiz edib


Digərləri 09 Avq 2019 08:20:00 264 0

Dubay polisi "ağıllı" mobil əlavəni SOS düyməsi ilə təchiz edib

Dubay polisi "ağıllı" mobil əlavəni yeniləyib və onu fövqəladə hallarda polislə təcili əlaqə saxlanılması üçün SOS düyməsi ilə təchiz edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təcili əlaqə yenilənməsindən başqa əlavədə yol-nəqliyyat hadisələrini proqnozlaşdıran və yaxınlıqdakı polis şöbəsi, xəstəxana, aptek və dövlət xidmətlərinin ödəniş mərkəzləri qeyd olunan "My Map" yol xəritəsi funksiyaları da mövcuddur. "All in One Camera" funksiyası isə yol hərəkəti hadisələri və qanun pozuntuları barədə polisə məlumat vermək imkanı yaradır.

Mobil telefondan, həmçinin polisin virtual muzeyinə səyahət etmək olar. Dubay Polisinin süni intellekt üzrə baş departamentinin istifadəyə verdiyi sonuncu yenilənmiş əlavəsindən Android və IOS istifadəçiləri yararlana bilərlər. Əlavə yeddi dildə, o cümlədən rus dilində istifadəyə verilib.