Bu şəhərdə avqustda istilər nəticəsində 39 nəfər ölüb


Digərləri 09 Avq 2019 07:35:00 211 0

Bu şəhərdə avqustda istilər nəticəsində 39 nəfər ölüb

Tokio polisinin yaydığı məlumata görə, avqustun ilk altı günündə istilər nəticəsində Yaponiya paytaxtında ən azı 39 nəfər ölüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, vəfat edənlərin 90 faizi 40-90 yaşında insanlardır və onlar qapalı yerdə olmalarına baxmayaraq, günvurmanın təsirinə məruz qalıblar.

Bildirilir ki, belə hallardan yalnız birində kondisionerin işlədiyi qeydə alınıb.

İyulun 7-də bütün Yaponiya ərazisində isti hava hökm sürüb. Bir çox rayonlarda termometrin civə sütunu 35 dərəcə Selsidən yuxarını göstərib.