"Ulduz müharibələri" filmindən yemək reseptləri kitabı işıq üzü görəcək


Digərləri 09 Avq 2019 07:21:00 224 0

"Ulduz müharibələri" filmindən yemək reseptləri kitabı işıq üzü görəcək

"Ulduz müharibələri" filmindən yemək reseptləri əsasında kulinariya kitabı 2019-cu ilin noyabrında çapdan çıxacaq. Son.az AZƏRTAC-a istinadən bildirir ki, kitab "Ulduz müharibələri: Gücün oyanması" filmindən Strono Taqqs adlı baş aşpazın adından yazılıb. Bu barədə məlumat "Insight Editions" nəşriyyatının saytında yerləşdirilib.

"The Hollywood Reporter" yazır ki, reseptlər toplusu "Ulduz müharibələri: Gücün oyanması" (2015-ci il) filmində Maz Kanatı qəsrinin (Takodana planeti) baş aşpazı Strono Taqqs adından təqdim edilib. Kitab üzərində Çelsi Monro-Kassel ("Taxt-tac oyunları"nın rəsmi kulinariya kitabının - "Buz və Alovun ziyafəti"nin həmmüəllifi) və "Marvel" ilə əməkdaşlıq edən komikslər müəllifi Mark Sumerak çalışıblar.

176 səhifədən ibarət kitabın çapdan çıxması noyabrın 5-nə planlaşdırılıb.


Xəbərə aid fotolar