Di Kaprio filmin odsaçan silahla səhnəsində çəkilməkdən ehtiyat edib


Digərləri 09 Avq 2019 04:30:00 280 0

Di Kaprio filmin odsaçan silahla səhnəsində çəkilməkdən ehtiyat edib

Kventin Tarantinonun "Bir dəfə Hollivudda" filminin tryuklar üzrə mütəxəssisi Robert Alonzo "Huffington Post" nəşrinə müsahibəsində bildirib ki, baş rollardan birinin ifaçısı Leonardo Di Kaprio filmin odsaçan silahla səhnəsində çəkilməkdən ehtiyat edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Tarantinonun filmində Di Kaprionun qəhrəmanı odsaçan silahla insanları yandırır. Alonzonun sözlərinə görə, artist həmkarlarını həqiqətən şikəst etməkdən çəkinib. Onu bu inventarın istifadəsinin təhlükəsiz olmasına inandırmaq lazım gəlib. Bunun üçün Alonzo əvvəlcə özünü yandırıb və bunun təhlükəsiz olduğunu əyani nümayiş etdirib. Yalnız bundan sonra aktyor həmin səhnədə çəkilməyə razılıq verib.