Tarantino sonuncu filmindən bəhs edib


Digərləri 09 Avq 2019 02:30:00 219 0

Tarantino sonuncu filmindən bəhs edib

Amerika rejissoru Kventin Tarantino Moskvada onun "Bir dəfə Hollivudda" adlı yeni filminə həsr olunmuş mətbuat konfransında növbəti filmindən danışıb.

Rejissorun sözlərinə görə, onun onuncu filmi sonuncu olmalıdır. Son.az AZƏRTAC-a istinadən bildirir ki, Tarantino "360" kanalına müsahibəsində deyib: "Mən filmlərimin bütün məntiqini tamamlayacaq superfilm çəkmək istəyirəm. Ola bilsin, bu, sonuncu film olacaq və əvvəlki filmlərimin zirvəsinə çevriləcək".

Tarantino yeni filmini hansı mövzuda çəkəcəyini hələlik bilmir. Lakin o vurğulayıb ki, həmişə eyni əhvalatı danışıb.